Show notes
“Az olsun, saz olsun” məsəlini yəqin ki, hamınız eşitmisiniz. Amma yaşadığımız şəhərlərə, evlərə, işlədiyimiz ofislərə baxsaq görərik ki, çoxumuz bunun tam əksini edirik. Alış-veriş etməyimizdən və ya məktub yazmağımızdan asılı olmayaraq biz daim əlavələr etməyə can atırıq . 13-cü buraxılışımızda sizinlə Leidy Klotz-un "Subtract" kitabının xülasəsini paylaşırıq. Kitab lazımsız şeyləri həyatımızdan uzaqlaşdırmaqla pozitiv dəyişikliklərə necə nail ola biləcəyimizdən bəhs edir. Gəlin, bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq. Kitabı əldə etmək üçün : https://www.amazon.com/Subtract-Untapped-Science-Leidy-Klotz/dp/1250249864


